Göygöldə ağır qəza - Ölən və yaralılar var

Göygöldə ağır qəza - Ölən və yaralılar var

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Rezonans.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil ağaca çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Rezonans.az-a bildirib ki, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 3 nəfər xəsarət alıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər. Hadisə iştirakçılarının kimliyi müəyyənləşdirilir.

Xəbəri paylaş: