“Azəriqaz”ın baş direktorunun Mingəçevir və Yevlax sakinləri ilə görüşü olacaq

“Azəriqaz”ın baş direktorunun Mingəçevir və Yevlax sakinləri ilə görüşü olacaq

SOCAR “Azəriqaz” İstehslat Birliyinin baş direktoru Ruslan Əliyevin Mingəçevir şəhərində vətəndaş qəbulu keçiriləcək.

Rezonans.az xəbər verir ki, 5 dekabr saat 11:00-da Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi 172) baş tutacaq görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 022 236 19 04; 050 845 93 56) müraciət edə bilərlər.

Xəbəri paylaş: