Vulkan püskürməsi ilə bağlı sarı həyəcan səviyyəsi tətbiq edildi

img

Çilidə ölkənin ən aktiv olan Villarrica vulkanı püskürüb. 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər vulkan püskürməsi ilə əlaqədar sarı həyəcan səviyyəsi tətbiq ediblər.

Milli Geologiya və Mədən Xidməti noyabrın 25-də Villarrikanın oyana biləcəyi barədə xəbərdarlıq edib.

"Potensial təhlükənin radiusu krater ətrafında 500 m-dir", - məlumatda deyilir. 

Yaxın bir neçə gün ərzində vəziyyətin dəyişə biləcəyi qeyd edilir. 

 

Xəbəri paylaş: