Rusiya danışıqlardan sonra qoşunlarının yerini dəyişdi, amma Ukrayna bunu qiymətləndirə bilmədi.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Rusiya İstanbulda keçirilən danışıqlardan sonra Ukraynadakı qoşunların konfiqurasiyasını dəyişib, lakin buna lazımi qiymət verilmədi. Biz yenə də danışıqlara davam edəcəyik”, - deyə Lavrov Rusiya-Ukrayna müharibəsinin gedişatından danışıb.










