"Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman çox güclü olublar" - Çavuşoğlu

img

Münaqişələrin əksəriyyəti islam coğrafiyasındadır.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Ramazan ayında islam düşmənçiliyi, irqçilik artmaqdadır və terrorla bağlı ikili standartlar var.

“Bu gün Rusiya-Ukrayna müharibəsi göstərdi ki, biz güclü olmalıyıq”, - Çavuşoğlu vurğulayıb.

XİN başçısı diqqətə çatdırıb ki, tarixən Türk dövlətləri nə vaxt əl-ələ veriblərsə, o zaman çox güclü olublar.

Nazir xatırladıb ki, Qarabağ münaqişəsi Azərbaycanın Zəfəri ilə başa çatıb.

Xəbəri paylaş: