Kiyevdə olan Danimarkanın baş naziri Mette Frederiksen və İspaniyanın baş naziri Pedro Sançes hazırda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür.
Rezonans.az xəbər verir ki, bu barədə cümə axşamı Danimarka hökumət idarəsinin yaydığı məlumatda deyilir.
Tərəflər, xüsusilə, Ukraynadakı vəziyyəti, bu ölkəyə gələcək yardımları və insan haqlarının vəziyyətini müzakirə edəcəklər.










