Rusiya xarici işlər naziri Sergey Lavrovun nüvə müharibəsi təhlükəsi ilə bağlı dedikləri nüvə şantajıdır.
Rezonans.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
“Biz nüvə silahı ilə oynamırıq. Bunu rusların diqqətinə çatdırdıq. Biz onların ritorikasını eşitmişik, Sovet İttifaqı dövründə olduğu kimi, ABŞ-a qarşı nüvə təcavüzünün qarşısını almağa hazırıq”, - səfir söyləyib.
Qeyd edək ki, daha öncə Lavrov nüvə müharibəsi riskinin real olduğunu bildirmişdi.










