Türkiyə və Ermənistan arasında 3-cü görüşün yeri məlum oldu

img

Türkiyə-Ermənistan nizamlanması prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan məlumat yayıb. 

Qeyd edək ki, Ermənistan-Türkiyə normallaşma prosesinin xüsusi nümayəndələri yanvarın 14-də Moskvada, ikinci görüş isə fevralın 24-də Vyanada baş tutub.

Xəbəri paylaş: