Rusiya BMT-dən iclas keçirilməsini tələb etdi

img

Rusiya Buçada baş verən hadisələr fonunda 4 aprel tarixində BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edib.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında yazıb.

Qeyd edək ki, Kiyev vilayəti (Buça, Qostomel, İrpen və s.) Ukrayna qoşunları tərəfindən tam azad edildikdən sonra yüzlərlə dinc sakininin Rusiya hərbçiləri tərəfindən amansızcasına öldürüldüyü müəyyən edilib.

Xəbəri paylaş: