31 Mart soyqırımı-erməni vandalizminin bariz nümunəsi

img

  Tarixin demək olar ki, bütün mərhələlərində zamanın və tarixin ən çətin sınaqlarına məruz qalmış Azərbaycan xalqının başından bu günə qədər çoxlu sayda müsibətlər keçmişdir.

Ölkəmizin ərazisi yadelli xalqların işğalına və təcavüzünə məruz qalmışdır. Belə müdhiş hadisələrəndən biri məhz “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”  ilə əlaqədardır.  Erməni vandallarının və onlara kömək edən bəzi xarici havadarların dəstəyi ilə soydaşlarımıza qarşı törədilmiş soyqırımı heç zaman unuda bilmərik. 1918-ci ilin mart-iyul aylarında da erməni quldur dəstələri ölkəmizin demək olar ki, bütün ərazilərində Bakıda, Qubada, Şamaxıda, İrəvanda, Naxçıvanda və digər bölgələrimizdə dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində on minlərlə soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bütün bu hadisələr erməni faşizminin bariz nümunəsidir. Tək Bakı şəhərində 12 mindən çox insan öldürülmüşdür.Eyni hadisələr barbarcasına davam etmiş, xalqımızı günahsız yerə qətliama məruz qoymuşlar. Bildiyimiz kimi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən soyqırım hadisəsinin araşdırılması və ona hüquqi qiymətin verilməsi məqsədilə xüsusi tədqiqat komissiyası yaradılmışdır. Komissiya işə başlasa da, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsindən sonra öz fəaliyyətini dayandırmışdır.Bu istiqamətdə gedən işlər natamam olmuşdur. 

     31 Mart Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”  elan edilib. Bu faciənin araşdırılması və həqiqətlərin dünyaya çatırılması işi də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.Partiyamızın Sədri,Ölkə Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

     2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində Partiyamızın Sədri, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bütün erməni ordusunu darmadağın edib parlaq Qələbəyə imza atmaqla yanaşı, 31 Mart, 20 Yanvar və Xocalı qurbanlarının qisasını almış, eyni zamanda məğlub ermənilərin “məğlubedilməzlik” mifini, ümumilikdə mənfur erməni idelogiyasını məhv etmişdir. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən bütün şəhidlərimizə rəhmət etsin. 

31 Mart soyqırımı qurbanlarını və bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. 


Tural İsmayılov

YAP Yevlax rayon təşkilatının əməkdaşı

Xəbəri paylaş: