Ekvadorda helikopter qəzaya uğradı - Ölənlər var

img

Ekvadorun Pastaza əyalətində helikopter qəzaya uğrayıb.

Rezonans.az xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər həlak olub. 

"Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - bəyanatda deyilir.

Xəbəri paylaş: