Ukrayna nümayəndə heyətinin tərkibi təsdiqləndi

img

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiya ilə danışıqlarda iştirak etmək üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Rezonans.az xəbər verir ki, bununla bağlı müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.

Nümayəndə heyətinə “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya rəhbərlik edəcək. Nümayəndə heyətinə ədliyyə naziri Denis Malyuska, Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukraynanın xarici işlər nazirinin müavini Nikolay Toçitski də daxildir.

Bundan başqa, nümayəndə heyətinin tərkibinə ekspert qismində beynəlxalq hüquqşünas Aleksandr Malinovski və Ukraynanın fövqəladə və səlahiyyətli səfiri Aleksandr Çalıy da daxildir.

Nümayəndə heyətinin üzvləri kimi (razılıq əsasında) Ukraynanın xalq deputatları Andrey Kostin (“Xalqın qulluqçusu” fraksiyası), Dmitri Lubinets (“Gələcək naminə” qrupu) və Rustem Umerov (“Səs” fraksiyası) təsdiqləniblər.

 

Xəbəri paylaş: