2026-cı il aprelin 27-də İlham Əliyev ilə Andrey Babiš arasında keçirilən görüş zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlıq artıq yeni və daha strateji mərhələyə qədəm qoyur. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müdafiə sənayesi xüsusi diqqət mərkəzindədir. Çexiya Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər, mətbuata verilən bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan Çexiya münasibətləri inkişaf edən qarşılıqlı əlaqələrin göstəricisidir.
Səfər çərçivəsində mətbuata verilən bəyanatdan da grünür ki, Azərbaycanla Çexiya arasında əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə çoxvektorlu səciyyə daşıyır. Hər iki tərəf qarşılıqlı maraqları əsas götürməklə münasibətlərin daha da möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir və buna uyğun olaraq da əlaqələr genişlənir. Liderlərin birgə bəyanatlarında bildirilib ki, Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son aylarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Qəbələdə bir çox fəal biznes əlaqələrinin təşkili ilə yanaşı bir çox sahələr ətrafında fikir mübadiləsi aparılıb. Preziden İlham Əliyev qeyd edib ki, turizm, əlbəttə ki, tərəfdaşlığın önəmli sahəsi ola bilər. Hər iki ölkənin zəngin tarixi, mədəniyyəti, abidələri, təbiəti var. Yeri gəlmişkən, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün Azərbaycanın turizm paytaxtıdır. Biz əlaqələr, xalqlararası təmaslar, mövcud olan, lakin planlarımızı nəzərə alaraq hava yolu əlaqəsi üzərində də çalışmalıyıq.
İki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq bir neçə istiqaməti əhatə edə bilər. İlk növbədə, hərbi texnikanın istehsalı və modernləşdirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi mümkündür. Bu, həm Azərbaycan üçün yeni texnologiyaların əldə olunması, həm də Çexiya üçün yeni bazarlara çıxış baxımından əhəmiyyətlidir. Digər tərəfdən, hərbi təlimlər, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi kimi sahələrdə əməkdaşlıq tərəflərin potensialını daha da gücləndirə bilər.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










