ABŞ-ın sabiq prezidenti Donald Tramp senat üzvlüyünə namizəd olan dünyaşöhrətli türk ürək cərrahı professor Mehmet Özün namizədliyini dəstəkləyəcəyini açıqlayıb.
Rezonans.az "TRT"yə istinadla xəbər verir ki, verdiyi yazılı məlumatda Birləşmiş Ştatların eks-prezidenti Donald Tramp bildirib ki, Pensilvaniya ştatının parlaq və tanınmış həkim Mehmet Özü ABŞ senatına seçərək Amerikanı qorumaq üçün çox yaxşı fürsəti var:
"Onun ilkin seçkilərdən uğurla çıxacağına inanıram. Mehmet Özün ABŞ-a ağlasığmaz zərər vurmaq istəyən radikal solçu "Demokratlar"a qarşı parlament seçkilərində qalib gəlmək şansı yüksəkdir”.
Qeyd edək ki, Mehmet Öz 2021-ci ilin 30 noyabrında ABŞ-ın Pensilvaniya ştatından Respublikaçılar Partiyasının senata namizədliyi uğrunda mübarizə aparacağını söyləyib.










