Ərdoğan Pakistan Baş naziri ilə danışıqlar apardı

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın yeni Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Ərdoğan Şərifi Pakistanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edib.

 

Seçki nəticələrinin dost və qardaş ölkənin xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələrinin bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, bütün çətinliklərə və maneələrə baxmayaraq, Pakistan xalqının üzləşdiyi, demokratiya və qanunun aliliyindən əl çəkmədiyiini qeyd edib.

 

Ərdoğan Türkiyənin indiyə qədər olduğu kimi bundan sonra da Pakistana hər cür dəstəyi verəcəyini bildirib.

Xəbəri paylaş: