Hulusi Akardan kritik "S-400" mesajı - “Danışıqlar aparırıq...”

img

Ankara Rusiyanın “S-400” zenit-raket komplekslərinə alternativ olan müdafiə sistemlərini digər ölkələrdən almağa açıqdır.

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlayıb.

“S-400”lərin alınması zərurət idi. İndi biz Fransa və İtaliya ilə digər müdafiə sistemlərinin alınması üçün danışıqlar aparırıq”, - nazir bildirib.

O, Türkiyənin həll yolunu tapacağını və bu silahları ala biləcəyini vurğulayıb.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsinin Türkiyə üçün bağlı olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, əvvəllər Rusiyadan alınan bu silahlar indi Ankaraya məxsusdur və başqa dövlətə verilə bilməz.

Xəbəri paylaş: