"Bu, Avropanı parçalamaq üçün aşkar cəhddir”

img

Almaniyanın iqtisadiyyat naziri Robert Habek G7-yə üzv ölkələrin Rusiyanın tələbinə əməl etməyəcəklərini bildirib və qazın pulunu rus rublu ilə ödəməyəcəklərinin səbəbini izah edib.

Rezonans.az xəbər verir ki, energetika nazirlərinin sammitindən sonra keçirilən brifinqdə çıxış edən Robert Habek bunun mövcud kontraktlara zidd olduğunu deyib, G7-ni və bütövlükdə Avropanı parçalamaq üçün aşkar cəhd kimi qiymətləndirib.

Almaniyalı nazir, həmçinin Avropa İttifaqı və G7 ölkələrinin istənilən ssenarilərə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl “Qazprom” Aİ ölkələrindən Rusiya qazının ödənişini yalnız rublla almaq niyyətində olduğunu bəyan edib.

Xəbəri paylaş: