
Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyadakı diplomatik mənbələr açıqlayıb.
Qeyd olunub ki, görüş mayın 9-da Moskvanın Qırmızı Meydanında keçiriləcək illik paraddan əvvəl baş tutacaq.