Qatarlar toqquşdu, 70 nəfər yaralandı

img

İspaniyada dəmir yolunda qəza baş verib.

 

Rezonans.az "NTV"yə istinadən xəbər verir ki, hadisə Kataloniya bölgəsində qeydə alınıb.

 

Belə ki, əks istiqamətlərdə hərəkət edən qatarlar toqquşub. Nəticədə 70-dən çox sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Ərazidə qatarların hərəkəti dayandırılıb.

 

Hadisə ilə bağlı araşdırmalar aparılır. 

Xəbəri paylaş: