Türkiyədə genişmiqyaslı əməliyyat - Xeyli sayda saxlanılan var

img

Türkiyənin İzmir şəhərində genişmiqyaslı əməliyyat keçirilib.

 

Rezonans.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İzmir vilayətinin polisi məlumat yayıb.

 

Eyni vaxtda bir neçə ünvanda keçirilən əməliyyat nəticəsində 41 şəxsin saxlanıldığı bildirilib. Həmçinin xeyli sayda silah-sursat, tüfəng və tapançalar, narkotik maddələr aşkar olunaraq götürülüb.

 

Məlumata görə, İzmirdə kusdar üsulla tapança istehsal edən emalatxana ortaya çıxıb. Havadan da dəstəyin göstərilməsi ilə keçirilən əməliyyatın İzmirlə yanaşı, başqa 4 vilayətdə gerçəkləşdirildiyi qeyd olunub.

 

Hazırda faktlarla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: