“Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib” – Ərdoğan

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb.

 

Rezonans.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib.

 

O bildirib ki, Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib: "Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq", - Türkiyə prezidenti deyib.

 

“Türkiyənin yerli və milli elektrikli avtomobili olan “TOGG” ilə millətimizin 60 illik arzusunu gerçəkləşdiririk. Cümhuriyyətimizin 99-cu ildönümü münasibətilə bu avtomobilin istehsalına başladıq”, - deyə Ərdoğan əlavə edib.

Xəbəri paylaş: