Milli Azərbaycan Tarixi Muzeyində “Böyük azərbaycanlı” adlı tədbir keçirilib

img

12 dekabr 2022-ci ildə Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anım günü münasibətilə “Böyük azərbaycanlı” adlı tədbir keçirilib.                 

Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılan tədbir daha sonra dahi liderə həsr edilmiş videoçarxın nümayişi ilə davam edib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimov  “Heydər Əliyev və muzeylərimiz”, Yeni Azərbaycan Partiyasının “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədr müavini, baş mütəxəssis Pərvanə Əzimova “Müstəqil Azərbaycan yaşadıqca ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq”, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Heydər Əliyevin fəaliyyətində Cənubi Azərbaycan mövzusu” və Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Heydər Əliyevə həsr edilmiş sikkələr” mövzusunda məruzələr edib.

Elektron prezentasiyalarla  müşayiət olunan məruzələrdə tarixi məlumatlara və mövcud faktlara əsasən dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salınmış və irsinin tədqiq edilməsinin zəruriliyi vurğulanıb.

Xəbəri paylaş: