Milli Məclisin sabahkı gündəliyində DƏYİŞİKLİK

img

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

 

Rezonans.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:

 

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.

Xəbəri paylaş: