Zelenski ABŞ-da Baydenlə görüşəcək

img

Dekabrın 21-də Ukrayna prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

 

Rezonans.az-ın məlumatına görə, bu barədə "CNN" televiziya kanalı iki məlumatlı mənbəyə istinadən bildirib.

 

Məlumata əsasən, ABŞ prezidenti Co Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməsi nəzərdə tutulur.

 

V.Zelenskinin ABŞ-a səfəri C.Bayden administrasiyasının Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərmək niyyəti ilə üst-üstə düşəcək.

Xəbəri paylaş: