
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan vətəninə qayıdan türk pilotlara telefon bağlantısı vasitəsilə müraciət edib.
Rezonans.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan pilotları salamlayıb.
"Ukraynada həqiqətən uzun müddətdir gözləyən bu karqo təyyarələrimizin sağ-salamat ölkəmizə qayıtması bizləri xoşbəxt elədi. Xüsusən, bu sıxıntılı vəziyyətdə təyyarələrimiz gətirdiniz. Buna görə sizləri millətim adından təbrik edirəm. Rəbbim yar və yardımçınız olsun", - deyə Türkiyə prezidenti söyləyib.
Qeyd edək ki, Ukraynadan Türkiyəyə qayıdan təyyarələr dünən axşam saatlarında Kayseriyə eniş ediblər.