Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən şəhid ailələrinə ziyarətlər davam etdirilir

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Məmmədov Hikmət Lətif oğlunun və Qasımov Nicat Elşan oğlunun ailələrini ziyarət ediblər.


Rezonans.az xəbər verir ki, görüş zamanı qeyd olunub ki, Ombudsman Səbinə Əliyeva tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə veteranlarına, onların hüquqlarının təmin olunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşılır. Müvəkkilin bu sahədə fəaliyyəti, qanunvericilikdən irəli gələn hüquqlar barədə məlumatlar da diqqətə çatdırılıb.

Xəbəri paylaş: