Türkiyə Dardanel boğazını bağladı - SƏBƏB

img

Türkiyədə Egey və Mərmərə dənizlərini birləşdirən Dardanel (Çanaqqala) boğazında su nəqliyyatının hərəkəti dayandırılıb.

 

Rezonans.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.

 

Belə ki, ərazidə 3 gündür davam edən dumanlı havanın hakim olması görmə məsafəsini minimuma endirib.

 

Çanaqqala Gəmi-Nəqliyyat Xidmətləri İdarəsi hər iki istiqamətdə gəmilərin boğazda hərəkətinin dayandırılması və boğazın bağlanması ilə bağlı qərar qəbul edib. Yerli səfərlər həyata keçirən kiçik qayıqların isə hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb.

 

Bildirilib ki, hava şəraiti normallaşandan sonra boğazda nəqliyyatın hərəkəti bərpa ediləcək.

 

Qeyd edək ki, İstanbul, Çanaqqala, Bursa, Manisa, Balıkesir, həmçinin Türkiyənin Balkan yarımadasına düşən hissəsində yerləşən şəhərlərdə dumanlı hava müşahidə olunur.

Xəbəri paylaş: