Türkiyədəki suriyalıların sayı açıqlandı - RƏSMİ

img

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi müvafiq sahə üzrə 2022-ci ilə aid statistik məlumatları açıqlayıb.

 

Rezonans.az "TRT Haber"ə istinadən xəbər verir ki, ötən il ərzində Türkiyəyə daxil olmağa çalışan 280 206 qanunsuz miqrantın ölkəyə girişinin qarşısı alınıb.

 

Deport edilən qanunsuz miqrantların ümumi sayı 124 441-ə bərabər olub. Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 161 faiz artım deməkdir.

 

Məlumatda hazırda Türkiyədə yaşayan və rəsmi qeydiyyatda olan Suriya vətəndaşlarının sayı da açıqlanıb. Belə ki, 3 milyon 535 min 898 suriyalının Türkiyədə olduğu məlum olub.

 

Keçən il könüllü şəkildə Suriyaya qayıdan qaçqınların sayı 58 758 nəfər olub ki, bununla da Suriyaya geri dönənlərin ümumi sayı 539 332-yə çatıb.

Xəbəri paylaş: