Xankəndidən Laçın istiqamətinə 6 avtomobil keçdi

img

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

 

Rezonans.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Məlumata görə, Xankəndidən Laçın istiqamətinə 6 avtomobil keçib.

 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 23 gündür davam edir.

Xəbəri paylaş: