Yol polisi Qobustandakı qəza ilə bağlı açıqlama YAYDI

Yol polisi Qobustandakı qəza ilə bağlı açıqlama YAYDI

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb.

 

İdarədən Rezonans.az-a bildirilib ki, bu gün Bakı-Qazax yolunun 55-ci km-də yol-nəqliyyat hadisəsi nəticəsində baş vermiş yanğın tam olaraq söndürülüb.

 

Hərəkətin nizamlanması DYP əməkdaşları tərəfindən tənzimlənir.

 

Qəzada “Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

 

Nəticədə yanacaqdaşıyan “Mercedes” markalı avtomobilin sürücüsü həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: