Rusiya işğal etdiyi ərazilərdə güzəştli kredit proqramı elan etdi

img

Rusiya Ukraynanın ilhaq etdiyi Zaporojye və Xerson vilayətləri ərazisində yaşayan insanlar, habelə "Donetsk XR" və "Luqansk XR" sakinləri üçün güzəştli kredit proqramı elan edib.

 

Rezonans.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nazirlər Kabineti qərar imzalayıb.

 

Sözügedən qərara əsasən, ilhaq edilmiş Ukrayna ərazilərində yaşayanlar illik 2 faizdən çox olmayan güzəştli ipoteka imkanlarından yararlana biləcəklər.

 

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Xəbəri paylaş: