
Türkiyədə inflyasiya səviyyəsi ilə bağlı rəqəmlər açıqlanıb.
Rezonans.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Belə ki, 2022-ci ilin dekabr ayında istehlakçı qiymət indeksi 1.18 faiz artıb. İllik inflyasiya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 64.27 faiz təşkil edib.
İllik orta inflyasiya isə 72.31 faiz olub.
Qeyd edək ki, Türkiyə iqtisadiyyatında son illər kəskin inflyasiya problemi müşahidə olunur.