İnflyasiya ilə amansız mübarizəmiz davam edəcək - NAZİR

img

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati kəskin inflyasiya ilə mübarizə tədbirlərindən danışıb.

 

Rezonans.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir qiymət artımının qarşısının alınacağını bildirib.

 

"Qiymət artımını önləmək üçün gördüyümüz tədbirlər və maaşların artırılması ilə vətəndaşlarımızın alıcılıq qabiliyyətini qoruduq. İnflyasiyaya qarşı həyata keçirdiyimiz planların təsirlərini bütün vətəndaşlarımız daha aydın hiss edəcəklər. Növbəti aylarda ölkəmizi "Türkiyə yüzilliyi"nə hazırlayarkən, inflyasiyaya, işsizliyə qarşı amansız mübarizəmizi davam etdirəcəyik və məşğulluq problemi və iqtisadi kiçilməyə səbəb olmadan siyasət yürütməyə davam edəcəyik”, - deyə Nebati söyləyib.

 

Qeyd edək ki, bu gün Türkiyə Statistika Təşkilatı (TÜİK) yeni inflyasiya rəqəmlərini açıqlayıb.

Xəbəri paylaş: