Ötən il Türkiyədə 3 gündən bir zəlzələ olub

img

Türkiyədə 2022-ci il ərzində hər 3 gündə bir zəlzələ qeydə alınıb.

 

Rezonans.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsi zamanı Qazi Universitetinin Mühəndislik fakültəsinin əməkdaşı, dosent, elmlər doktoru Bülent Özmen deyib.

 

Onun sözlərinə görə, ötən il dünyada Rixter şkalası ilə 4 bal və daha yüksək qiymətləndirilən yeraltı təkanların sayı 15 438 olub. Gücü 7 baldan yuxarı olan zəlzələ hadisələri cəmi 11 dəfə baş verib. Ən güclü zəlzələlər 7.6 balla Meksikada və Papua-Yeni Qvineyada sentyabr ayında olub.

 

2022-ci ildə Türkiyə və yaxın ərazilərdə ümumilikdə 20 277 zəlzələ qeydə alınıb ki, bunun da 128-i 4 baldan yüksək qiymətləndirilib.

 

Mütəxəssis qeyd edib ki, keçən il Türkiyədə hər 3 gündə 1 zəlzələ baş verib.

Xəbəri paylaş: