Alman jurnalist Ukraynada YARALANDI

img

Almaniyanın "Bild" nəşrinin müxbiri, jurnalist Byorn Ştritsel Ukraynada yaralanıb.

 

Rezonans.az "NEXTA"ya istinadən xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Yohanes Boye məlumat verib.

 

“Byorn Ştritsel Rusiyanın Ukraynadakı təcavüzünü işıqlandırarkən qəlpə yarası alıb. O, hazırda təhlükəsiz şəraitdədir (mümkün qədər) və yara çox da ağır deyil. Bununla belə, bu, Ukraynada müxbirlərin həqiqəti söyləmək üçün dözməli olduqları bütün çətinlikləri ortaya qoyur. Təşəkkür edirəm!”, - deyə Yohannes Boye yazıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Xəbəri paylaş: