Üç kəndə basqın edildi - 63 nəfər qaçırıldı

img

Nigeriyada naməlum silahlı qruplaşma üzvləri 63 dinc sakini oğurlayıb.

 

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nigeriyanın Nigerlə həmsərhəd olan eyniadlı əyalətində baş verib.

 

Məlumata görə, silahlı şəxslər Niger əyalətinin üç kəndinə basqın ediblər. Ümumilikdə 63 dinc sakin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb. Basqın zamanı Durmin yaşayış məntəqəsindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 mülki şəxs aparılıb. 

 

Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.

 

Qeyd edək ki, son illərdə təhlükəsizlik problemləri səbəbindən Nigeriyada tez-tez mülki şəxslərə qarşı hücumlar həyata keçirilir.

Xəbəri paylaş: