Nümayəndələr Palatası spiker seçə bilmədi

img

ABŞ Konqresinin Nümayəndələr Palatası birinci turda spiker seçə bilməyib.

 

Rezonans.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Respublikaçı namizəd Kevin Makkarti seçilmək üçün ilk turda kifayət qədər səs toplaya bilməyib. O, son 100 ildə Nümayəndələr Palatasına spiker seçkilərində birinci turda qalib gələ bilməyən ilk siyasətçi olub.

 

***

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu gün yeni spiker seçəcək.

 

Rezonans.az xəbər verir ki, 8 noyabr 2022-ci ildə keçirilən aralıq seçkilərdən sonra 118-ci ABŞ Konqresinin ilk iclası baş tutacaq.

 

İlk iclasda konqresmenlər Nümayəndələr Palatasının spikeri vəzifəsinə Respublikaçılar partiyasının lideri Kevin Makkartinin namizədliyinə səs verəcək. Makkarti hazırda Demokratlar partiyasından olan Nensi Pelosinin tutduğu bu vəzifəyə seçilmək üçün 435 konqresmendən 236-nın səsini qazanmalıdır.

 

Aralıq seçkilərdən sonra Nümayəndələr Palatasında çoxluğu ələ keçirən respublikaçılardan bəziləri Makkartinin namizəd olmasından narazıdır. Respublikaçı konqresmen Skott Perri "Twitter" səhifəsində Makkartinin spiker olmasını dəstəkləməyəcəyini bildirib.

 

Endi Biqs, Met Qaetz, Bob Qud, Met Rozendal və Ralp Norman da Makkartiyə dəstək verməyəcəyini açıq bəyan edən respublikaçı konqresmenlərdir. Makkarti kifayət qədər dəstək ala bilməsə, son 100 ildə Nümayəndələr Palatasına spiker seçkilərində birinci turda qalib gələ bilməyən ilk siyasətçi olacaq.

 

Hazırda 435 nəfərlik Nümayəndələr Palatasında respublikaçılar 222, demokratlar isə 213 yerə sahibdirlər. Lakin noyabrın 28-də Virciniyadan seçilmiş demokrat siyasətçi Donald Makçinin ölümündən sonra demokratların yerlərindən biri boş qalıb.

Xəbəri paylaş: