SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

img

Növbəti həftə (9-11.01.2023 və 13.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Rezonans.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü saat 12:00-dan 13:00-dək Saatlı rayonunda (Gənclər Mərkəzinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Sabirabad rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı). 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbəri paylaş: