Çavuşoğlu 5 Afrika ölkəsinə səfər edəcək

img

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Afrika ölkələrinə səfərə başlayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb.

 

XİN başçısının ilk səfər etdiyi ölkə Cənubi Afrika olub. O, Keyptaunda yerləşən və bərpa işləri TİKA (Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən həyata keçirilən məscidi ziyarət edib.

 

Çavuşoğlu daha sonra Zimbabve, Ruanda, Qabon və San-Tome və Prinsipiyə səfər edəcək.

Xəbəri paylaş: