Bankı reklam edən nazir həbs oluna bilər

img

Almaniyanın maliyyə naziri Kristian Lindner deputat toxunulmazlığından məhrum edilə bilər.

 

Rezonans.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Tagesspiegel" nəşri yazıb.

 

Nazir özünün iki dəfə kredit götürdüyü özəl bankı reklam etməkdə şübhəli bilinir. Toxunulmazlığı ləğv edilərsə, o, üç ilə qədər həbs edilə və ya cərimələnə bilər.

 

Qəzetin yazdığına görə, Berlin prokurorluğu Kristian Lindnerə qarşı cinayət işinin açılması üçün Bundestaqa sorğu təqdim edə bilər.

 

2022-ci ilin may ayında nazir "BBBank" adlı bankın biznes modelini yüksək qiymətləndirdiyi videoçarx çəkib və bank rəhbərliyini yubileyi münasibətilə təbrik edib. Ancaq Lindner ev almaq və evi təmir etmək üçün bankdan 1 milyon 650 min avro kredit götürdüyünü deməyib.

Xəbəri paylaş: