Rusiya-Ukrayna müharibəsi silah tacirlərinə sərf edir - Ərdoğan

img

“Eyni gündə mən həm Rusiya prezidenti Putin, həm də Ukrayna prezidenti Zelenski ilə danışıqlar apardım. Biz onları barışdırmağa çalışırıq".

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyaya səfəri zamanı deyib.

 

O qeyd edib ki, Türkiyə dünyada sülhün əldə olunmasına çalışır.

 

“Dünya hər hansı bir şəkildə müdaxilə etdimi? Xeyr. Onların hamısı silah satıcılarına kömək edir. Onlar dünya silah tacirlərinin necə qazanc əldə edəcəkləri, haradan faydalanacaqları və nə qazanacaqları ilə maraqlanırlar. Və biz dünyada sülhü necə təmin edə biləcəyimizlə maraqlanırıq”, - deyə Ərdoğan bildirib.

Xəbəri paylaş: