Magistralda ağır QƏZA - Ölən və yaralı var

img

Ələt-Astara magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, yük maşınlarının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Müxtəlif dərəcəli xəsarətlər alan daha bir nəfər isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: