38 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

img

Şirvanda bədbəxt hadisə baş verib.

 

Rezonans.az xəbər verir ki, daş hasarın uçması nəticəsində ağır bədən xəsarətləri alan şəxs ölüb.

 

Hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb.

 

Belə ki, Şirvan şəhər sakini 38 yaşlı Adıbala İbadov daş hasarın uçması nəticəsində dağıntı altında qalıb. Nəticədə çox saylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib.

 

Yaralıya lazımı tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri paylaş: