Dünyada yoluxma sayı 670 milyona ÇATIR

img

Dünyada koronavirusa yoluxanların sayı 669 608 939 nəfərə çatıb.

 

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada pandemiya ərzində COVID-19-dan ölənlərin sayı 6 718 557-yə, koronavirusa yoluxanların ümumi sayı 640 930 564 nəfərə çatıb.

 

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda pandemiya ərzində 103 151 843 insan təhlükəli virusa yoluxub. ABŞ həm də dünyada COVID-19-dan ölüm sayına görə birincidir – 1 121 725.

 

COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində ümumilikdə 44 681 523 insanda virus aşkarlanıb. Yoluxma üzrə siyahıda üçüncü yerdə Fransa (39 421 144), dördüncü yerdə Almaniya (37 562 191) qərarlaşıb. Siyahıda sonrakı yerləri Braziliya (36 560 497), Yaponiya (30 846 732) və digər ölkələr qərarlaşıb.

 

Koronavirusdan ölüm üzrə siyahıda ikinci yerdə Braziliya (695 031), üçüncü yerdə Hindistan (530 722), dördüncü yerdə Rusiya (394 214) və digər ölkələr qərarlaşıb.

Xəbəri paylaş: