
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Ukraynanın Donetsk bölgəsindəki Soledar şəhərinə nəzarətin tam şəkildə ələ keçirildiyini təsdiqləyib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıblar.
“Mən bir daha Soledar ərazisinin Ukrayna ordusunun bölmələrindən tam azad edildiyini və təmizlənməsini təsdiqləmək istəyirəm”, - deyə Yevgeni Priqojin vurğulayıb.
O bildirib ki, “Vaqner”çilərdən başqa heç bir bölmə şəhərə hücumda iştirak etməyib.