Özbəkistan prezidenti Daşkənd merini işdən qovdu

img

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev paytaxt Daşkənd şəhərinin rəhbərini tutduğu vəzifədən azad edib.

 

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Mirziyoyev bu barədə müvafiq qərarı imzalayıb. Məlumata görə, buna səbəb paytaxtın qış rejiminə zəif hazırlanmasıdır.

 

Hələlik yeni təyinatın olub-olmaması ilə bağlı məlumat verilməyib.

Xəbəri paylaş: