Əfqanıstanın 32 yaşlı qadın millət vəkili öldürüldü

img

Əfqanıstan parlamentinin sabiq deputatı Mursal Nabizadaya qarşı sui-qəsd olunub.

 

Rezonans.az xəbər verir ki, bu barədə BBC telekanalı Əfqanıstan Polisinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, 32 yaşlı keçmiş millət vəkili paytaxt Kabil şəhərində yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Bu zaman onun mühafizəçisi və qardaşı da xəsarət alıb.

 

Hazırda hadisə ilə bağlı araşdırmaların aparıldığı qeyd olunub.

Xəbəri paylaş: