Litva prezidentindən 20 Yanvar PAYLAŞIMI

img

Litva prezidenti Qitanas Nauseda 20 Yanvarla bağlı paylaşım edib.

Rezonans.az xəbər verir ki, Nauseda bu barədə tviter səhifəsində yazıb.

"1990-cı ilin Qara Yanvarı - Sovet qoşunlarının Bakını işğalı və insanların qəddarlıqla qətlə yetirilməsini anıram. Sovetlərin müstəqillik hərəkatını əzmək cəhdləri uğurlu olmadı. 33 il sonra təcavüzkar Ukraynada eyni vəhşi cinayətləri törədir. Uğurlu ola bilməyəcəklər. O vaxtlar deyil. İndi daha deyil. Əsla", - deyə o qeyd edib.

Xəbəri paylaş: