Bakıda bağlanan yollar açıldı

img

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Rezonans.az apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib. O bildirib ki, paytaxt yollarında hərəkət tam olaraq açıqdır.

Qeyd edək ki, 20 Yanvar-Ümümxalq Hüzn günü ilə əlaqədər bəzi yollarda hərəkət məhdudlaşdırılmışdı.

Xəbəri paylaş: