Sülhməramlıların daha iki maşını aksiya ərazisindən keçdi

img

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 40-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Rezonans.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Xəbəri paylaş: